Bank Of Baku

Yaxın aylarda «Nabucco» kəməri ilə nəql olunacaq qazın satışına dair ilk hökumətlərarası uzunmüddətli saziş imzalanacaq

Yaxın aylarda «Nabucco» kəməri ilə nəql olunacaq qazın satışına dair ilk hökumətlərarası uzunmüddətli saziş imzalanacaq
# 16 sentyabr 2009 10:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cari ilin sonu-2010-cu ilin əvvəlində «Nabucco» kəməri ilə nəql olunacaq 1 mlrd. kubmetr təbii qazın satışına dair ilk hökumətlərarası uzunmüddətli saziş imzalanacaq. «APA-Economics»in bildirdiyinə görə, bunu Bakıda səfərdə olan «Nabucco» Beynəlxalq Qaz Kəməri Şirkətinin direktoru Reynhard Mitçek bildirib.

R.Mitçekin sözlərinə görə, bundan sonra investorlar arasında müqavilənin imzalanması planlaşdırılır.

«Sonrakı illərdə həcmi artırmaq mümkün olacaq. Artıq biz «Nabucco» üçün siyasi zəmanəti almışıq. Tarif metodologiyası və qanunvericilik bazası hazırdır. Bu layihə üzrə maraqlı olan istənilən ölkə ilə müqavilələr imzalana bilər», - deyə şirkət rəsmisi vurğulayıb.

R.Mitçek bildirib ki, kəmər istifadəyə veriləndən sonra Xəzər regionundan Türkiyə ərazisi ilə Avropaya 50-60 mlrd. kubmetr qaz ötürülə biləcək.

Şirkət rəsmisi Azərbaycanın layihədə əsas mənbə olacağını düşündüyünü də qeyd edib.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR