Bank Of Baku

İran Azərbaycan ərazisi ilə Gürcüstana qaz ixrac etmək niyyətindədir

İran Azərbaycan ərazisi ilə Gürcüstana qaz ixrac etmək niyyətindədir
# 16 sentyabr 2009 10:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İran Azərbaycandan Naxçıvan Muxtar Respublikasına ötürülən qazın dəyərindən əlavə olaraq qaz almaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu İran Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr departamentinin müdiri Bonakdar Haşemi bildirib.

Hazırda bu məsələ ilə bağlı danışıqların getdiyini deyən B.Haşemi Azərbaycandan almaq istədikləri qazın həcmini açıqlamayıb.

İran nümayəndəsi qeyd edib ki, ölkəsi Gürcüstana da qaz satmaq niyyətindədir. Əgər Tiflisdən istək olarsa, İran Azərbaycanın texniki imkanlarından istifadə etməklə bu ölkəyə qaz nəql edə bilər.

Qeyd edək ki, Azərbaycan Naxçıvan Muxtar Respublikasının İrandan aldığı təbii qazın müqabilində İran tərəfinə ödədiyi qazın həcmini 15% artırıb. Həmin həcm İran tərəfinə qazın Naxçıvana nəqletməsinə görə ödənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR