Bank Of Baku

Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Komissiyanın iclası keçirilib

Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Komissiyanın iclası keçirilib
# 16 sentyabr 2009 10:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın iclası keçirilib. Bu barədə «APA-Economics»ə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.

Komissiyanın sədri, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov MHŞT-nin Azərbaycanda tətbiqinə dair bir sıra məsələ ilə bağlı Komissiya üzvlərinə məlumat verib. İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun formalaşdırılması və fəaliyyəti haqqında razılaşma sənədi müzakirə olunub və sənədin imzalanmasının mümkünlüyü qeyd edilib.

Ş.Mövsümov oktyabrın 14-15-də Bakıda MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclasının keçiriləcəyini də vurğulayıb.

İclasda Azərbaycanda fəaliyyət göstərən yeni mədən hasilatı şirkətlərinin MHŞT prosesinə cəlb edilməsinə dair qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR