Bank Of Baku

Azərbaycan sənayesi 4% artıb

Azərbaycan sənayesi 4% artıb
# 16 sentyabr 2009 11:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın sənaye kompleksində 13 576,7 mln. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsalın 91,8%-i malların, 8,2%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, sənaye məhsulunun 20,8%-i dövlət, 79,2%-i isə özəl bölmənin müəssisələrində istehsal edilib.

Sənaye məhsulu istehsalının 73,8%-ni həyata keçirən mədənçıxarma bölməsində məhsul buraxılışı və xidmətlərin göstərilməsi 6,3% artıb, 20,4%-lik paya malik olan emal bölməsində 6,8%, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində isə 7,1% azalma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR