Bank Of Baku

«Şahdəniz»də qazın hasilatı dayandırılıb

«Şahdəniz»də qazın hasilatı dayandırılıb
# 16 sentyabr 2009 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağında hasilat işləri dayandırılıb.

«Şahdəniz»in əsas operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yatağın fəaliyyətinin dayandırılması profilaktik işlərlə əlaqədardır: «Profilaktik işlər cari ilin əvvəlindən planlaşdırılmışdır ki, hazırda həmin plana uyğun işlər aparılır. «Şahdəniz»in fəaliyyəti bir-neçə gündən sonra bərpa olunacaq».

Xatırladaq ki, «Şahdəniz» yatağının ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 22 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR