Bank Of Baku

Böyük Britaniyanın enerji məsələləri üzrə naziri: “Azərbaycanı energetika sahəsində yaxın tərəfdaş hesab edirik”

Böyük Britaniyanın enerji məsələləri üzrə naziri: “Azərbaycanı energetika sahəsində yaxın tərəfdaş hesab edirik”
# 16 sentyabr 2009 15:32 (UTC +04:00)
APA-nın məlumatına görə, nazir səfər çərçivəsində “Gas Infrastructure World Caspian-2009” (Xəzər regionunun qaz sənayesi infrastrukturu) konfransında iştirak edib, Azərbaycan prezidenti İlham Əliyev, sənaye və energetika naziri Natiq Əliyev və ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşüb. Səfərdə əsas məqsədinin “Cənub” enerji dəhlizi layihəsini müzakirə etmək olduğunu deyən Lord Xant bu məsələ ilə bağlı Azərbaycan tərəfdən pozitiv mesaj aldığını bildirib. Jurnalistlərin suallarını cavablandıran Lord Xant layihənin nə zaman reallaşacağını söyləməkdə çətinlik çəkib: “Konkret tarix demək mümkün deyil, danışıqlar nə qədər tez və uğurla başa çatacaqsa, layihə bir o qədər tez icra olunacaq”. Lord Xant Azərbaycanı energetika sahəsində yaxın tərəfdaş hesab etdiklərini bildirib: “Azərbaycan və Böyük Britaniyanı sıx əlaqələr birləşdirir, biz bu əlaqələri gələcəkdə də inkişaf etdirmək niyyətindəyik. Britaniya şirkətləri regionun enerji sektorunda aktiv çalışırlar və bu sahəyə ciddi investisiyalar yatırırlar. Biz enerji nəqli marşrutlarının diversifikasiyasını dəstəkləyirik. Xəzər regionu Avropaya enerji resurslarının nəqli baxımından mühüm əhəmiyyət kəsb edir”. Britaniyalı nazir Avropaya karbohidrogen məhsullarının çatdırılmasının effektliliyi və təhlükəsizliyi baxımından Azərbaycanın gerçəkləşdirdiyi layihələri dəstəklədiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR