Bank Of Baku

Azərbaycanın «Dalğıc» şirkəti Sinqapurun “Hallin Marine” şirkəti ilə müqavilə imzalayıb

Azərbaycanın «Dalğıc» şirkəti Sinqapurun “Hallin Marine” şirkəti ilə müqavilə imzalayıb
# 16 sentyabr 2009 15:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Dalğıc» şirkəti Sinqapurda dənizaltı mühəndis-texniki xidmətlər göstərən “Hallin Marine” şirkəti ilə 5 illik müqavilə imzalayıb. «APA-Economics»in xəbərinə görə, bu barədə “Hallin Marine” şirkəti məlumat yayıb.

Müqavilə Xəzərin Azərbaycan sektorunda kənardan idarə olunan aparatlarla qazma işlərinə dəstək xidmətlərinin göstərilməsini əhatə edir. BP şirkətinin Xəzər dənizindəki sabit platformalarından qazma proqramlarına dəstək verilməsini nəzərdə tutan müqavilənin icrasına oktyabrın sonlarında başlanacaq.

Müqavilənin şərtlərinə görə, iki ildən sonra “Hallin Marine” iki ədəd kənardan idarə olunan aparatı əvvəlcədən razılaşdırılmış qiymətə “Dalğıc” şirkətinə satacaq. Bundan əlavə, Sinqapur şirkəti daha üç il Bakıda layihələrə texniki dəstək göstərəcək.

İşlənmiş aparatların satış qiyməti də daxil olmaqla müqavilənin ümumi dəyəri 20 mln. ABŞ dollarından çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR