Bank Of Baku

ARDNŞ prezidenti Böyük Britaniyanın enerji nazirini qəbul edib

ARDNŞ prezidenti Böyük Britaniyanın enerji nazirini qəbul edib
# 16 sentyabr 2009 16:04 (UTC +04:00)
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə R.Abdullayev Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini bildirib: «Əsrin müqaviləsi» sazişinin gerçəkləşməsi prosesində Böyük Britaniya hökumətinin həmişə Azərbaycana dəstək verib».

R.Abdullayev Avropaya enerji nəqlinin həyata keçirilməsi məqsədi daşıyan «Cənub Enerji Dəhlizi» layihəsinin Azərbaycan tərəfindən dəstəkləndiyini, «Şahdəniz» layihəsinin I və II fazaları üzrə işlərin mövcud durumu haqqında qonaqlara ətraflı məlumat verib.

L.Hunt isə öz növbəsində Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfərinin və bu səfər zamanı əldə olunmuş razılaşmaların ölkəsində yüksək qiymətləndirildiyini və Böyük Britaniya-Azərbaycan münasibətlərinin inkişafında yeni səhifə açacağına inamını ifadə edib. O bildirib ki, Böyük Britaniya Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya nəqli məsələsində bundan sonra da lazım olan bütün köməyi göstərməyə hazırdır.

Görüşdə zamanı Azərbaycan qazının Avropaya tranziti məsələləri, Avropanın enerji təminatı üçün nəzərdə tutulan “Nabukko” və TGI layihələrinə dair ətraflı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR