Bank Of Baku

«BP-Azerbaijan» gələn ilin əvvəlində «Çıraq» Neft Layihəsinə sanksiya verəcək

«BP-Azerbaijan» gələn ilin əvvəlində «Çıraq» Neft Layihəsinə sanksiya verəcək
# 17 sentyabr 2009 08:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin I rübü ərzində «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokuna daxil olan «Çıraq» Neft Layihəsinə sanksiya vermək niyyətindədir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, AÇG yatağının işlənməsində növbəti addım «Çıraq» Neft Layihəsidir (ÇNL). ÇNL-in məqsədi «Fasilə» (hazırda hasilat verir) və «Balaxanı» («Fasilə»dən yuxarıda) kollektorlarına yeni bir dəniz platformasından daha çox neft quyuları qazmaqla yatağın istismarını gücləndirmək və hasilatı artırmaqdır. Yeni platforma mövcud «Dərinsulu Günəşli» və «Çıraq-1» platformaları arasında yataq infrastrukturundakı boşluğu dolduracaq.

Layihə mövcud «Çıraq» və «Dərinsulu Günəşli» platformalarının arasında quraşdırılmış 48 quyuağzı olan yeni bir qazma və texnoloji emal platformasından ibarət olacaq. Bu yeni platformadan «Balaxanı» və «Fasilə» horizontlarına quyular qazılacaq. Bu platforma «Şərqi Azəri» platformasına çox oxşar olacaq, lakin onun öz ixrac kompressoru olacaq. Bu platformanı mövcud platformalarla bağlamaq üçün AÇG-də bir neçə yeni yataqdaxili kəmərlər quraşdırılacaq. Bu layihənin bir hissəsi kimi heç bir yeni ixrac boru kəməri və ya Səngəçal avadanlığı quraşdırılmayacaq.

«Biz layihəyə mühəndis-layihə işləri bitdikdən sonra 2010-cu ilin birinci rübü ərzində sanksiya verməyi planlaşdırırıq», - deyə şirkətdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR