Bank Of Baku

Azərbaycanda qaz pulunun ödəniş səviyyəsi 65%-i keçib

Azərbaycanda qaz pulunun ödəniş səviyyəsi 65%-i keçib
# 17 sentyabr 2009 10:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılara satılmış təbii qaza görə yığım göstəricisi 65,6% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qaz haqqının yığımına görə ilk yerləri Siyəzən (152,8%) və Yardımlı rayonları (100,8%), ən aşağı göstəriciləri isə Neftçala (41,7%), Hacıqabul (44,5%) və Gəncə (47,9%) şəhər və rayonları tutub.

Hesabat dövründə Bakı şəhəri üzrə ümumi yığım 62,2% olub. Paytaxt üzrə istehlak edilmiş qazın dəyərinin ödənişinə görə ilk yeri Qaradağ (90,1%), son yeri isə Sabunçu (46,3%) tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR