Bank Of Baku

«Şəmkir SES Silsiləsi»ndə istehsal 2,3% artıb

«Şəmkir SES Silsiləsi»ndə istehsal 2,3% artıb
# 17 sentyabr 2009 11:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayında Azərbaycanın ən böyük Su Elektrik Stansiyalarından (SES) olan «Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi»ndə 114,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.

SES silsiləsi üzrə enerji istehsalı iyul ayı ilə müqayisədə 2,3% çox olub. Qeyd edilən həcmdən 84,4 mln. kVt/saatı «Şəmkir» SES-in, 30,3 mln. kVt/saatı isə «Yenikənd» SES-in payına düşüb.

Cari ilin yanvar-avqust ayında isə stansiyalar üzrə 872,8 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. Bunun 630,2 mln. kVt/saatı «Şəmkir» SES-in, 242,6 mln. kVt/saatı isə «Yenikənd» SES-in payına düşüb.

Qeyd edək ki, silsiləyə «Şəmkir» və «Yenikənd» SES-ləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR