Bank Of Baku

Azərbaycanın magistral boru kəmərləri ilə neftin nəqli 8%, qazın nəqli isə 11% artıb

Azərbaycanın magistral boru kəmərləri ilə neftin nəqli 8%, qazın nəqli isə 11% artıb
# 18 sentyabr 2009 08:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 33,7 mln. ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 75,6%-i ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində kəmər vasitəsilə 25,5 mln. ton neft ötürülüb. Ötən ilin eyni dövrü ilə müqayisədə BTC ilə nəql olunan neftin həcmi 8,5% artıb. Bununla yanaşı, hesabat dövründə BTC kəməri ilə 1,2 mln. ton Qazaxıstan nefti nəql edilib.

Bundan başqa, 2009-cu ilin ilk səkkiz ayı ərzində Azərbaycanda magistral qaz kəmərləri ilə 7,9 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3% çox qaz nəql edilib. Nəql edilmiş qazın 1/3 hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərdən istifadə etməklə 3,6 mlrd. kubmetr və ya ötən ilin eyni dövründən 20% çox qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR