Bank Of Baku

Azərbaycanın sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 11% azalıb

Azərbaycanın sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 11% azalıb
# 18 sentyabr 2009 12:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda istehlakçılara istehsal edilmiş sənaye məhsulunun 99,97%-i göndərildikdən sonra sənaye müəssisələrinin anbarlarında sentyabr ayının 1-nə 184,4 mln. manatlıq və ya avqustun 1-i ilə müqayisədə 21,8 mln. manat (10,6%) az hazır məhsul ehtiyatı olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ehtiyatların daha çox hissəsi – 57,6%-i Bakı şəhərinin payına düşüb, 12,4%-i Sumqayıt, 2,2%-i Gəncə, 2,8%-i Şirvan, 1,4%-i Mingəçevir şəhərləri, 3%-i Şəki, 3,6%-i Saatlı və digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında öz istehsalı olan məhsullardan əlavə başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 24,1 mln. manat məbləğində digər mallar da olub.

Yanvar-iyul aylarında sənaye işçilərinin orta aylıq nominal əmək haqqı 446,1 manat təşkil edib və 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artıb. Qeyri-dövlət müəssisələrində işçilərin əmək haqqı 536,2 manat olmaqla dövlət müəssisələrində işləyənlərin əmək haqqından 1,4 dəfə yüksək olub. Əmək haqqı mədənçıxarma sənayesində 3,9%, emal sənayesində 13,4%, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində 7,4% artıb. Əmək haqqının daha yüksək səviyyəsi mədənçıxarma sənayesi, neft emalı, nəqliyyat avadanlıqlarının istehsalı, digər qeyri-metal mineral maddələrin istehsalı və metallurgiya sahələrində qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR