Bank Of Baku

Azərbaycan gələn il alternativ enerji layihəsinin icrasına başlayacaq

Azərbaycan gələn il alternativ enerji layihəsinin icrasına başlayacaq
# 23 sentyabr 2009 08:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ildən etibarən Azərbaycanda alternativ enerji üzrə layihənin icrasına başlanacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda alternativ enerji layihəsi üzərində işlər aparılır və gələn ildən etibarən sözügedən layihənin icrasına başlanacaq.

Nazir onu da qeyd edib ki, ümumiyyətlə alternativ enerji sahəsi effektli sayılır. Belə ki, bu sahəyə qoyulan investisiyalar özünü tam doğruldur: «Lakin buna baxmayaraq, biz həmin sahəni dərindən öyrənməliyik. Məsələn, külək elektrik stansiyalarını tikməmişdən öncə biz ərazini, yəni stansiya tikiləcək hər hansı bir ərazidə küləyin sürətini və bu kimi məsələləri öyrənməliyik».

N.Əliyev həmçinin bildirib ki, Azərbaycan bu sahədə aparıcı ölkələrin təcrübəsini də öyrənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR