Bank Of Baku

Azərbaycanın ucqar bölgələrində külək elektrik stansiyaları qurulacaq

Azərbaycanın ucqar bölgələrində külək elektrik stansiyaları qurulacaq
# 23 sentyabr 2009 11:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda ucuz başa gəlməsinə baxmayaraq hələ də alternativ enerji mənbələrindən geniş istifadə edilmir. «APA-Economics»in bildirdiyinə görə, bunu sənaye və energetika naziri Natiq Əliyev bildirib.

N.Əliyevin sözlərinə görə, alternativ enerji mənbələrinin işlənməsinə marağın az olması neft və qaz imkanlarının geniş olması ilə bağlıdır: «Dövlətin alternativ enerji mənbələrinin işlənməsi ilə bağlı ayrıca qaydaları olmalı, qanunvericilik bazası təkmilləşdirilməli, standartlar və normativlər müəyyənləşdirilməlidir».

N.Əliyev bildirib ki, artıq Azərbaycanda ilk külək elektrik stansiyası qurulub. «Caspian Texnology» şirkəti tərəfindən Sumqayıt şəhəri yaxınlığında qurulmuş stansiyanın gücü 2,2 MVt təşkil edir və əldə olunan enerji «Sumqayıtelektrikşəbəkə» ASC-yə verilir: «Artıq külək stansiyalarının səmərəliliyi təsdiq olunub. Bu stansiya qoyulan xərcləri 7 ilə çıxaracaq».

Nazir onu da bildirib ki, pilot layihələrin müxtəlif regionlarda, xüsusilə də dövlətin enerji nəql edə bilmədiyi rayonlarda həyata keçirilməsi vacibdir. Sənaye və Energetika Nazirliyi bununla bağlı xüsusi proqram hazırlamağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR