Bank Of Baku

Sənaye və energetika naziri Natiq Əliyev: «Azərbaycana nüvə stansiyası lazım deyil»

Sənaye və energetika naziri Natiq Əliyev: «Azərbaycana nüvə stansiyası lazım deyil»
# 23 sentyabr 2009 11:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan nüvə enerjisindən istifadə imkanlarını təhlil etməlidir. «APA-Economics»in bildirdiyinə görə, bunu sənaye və energetika naziri Natiq Əliyev bildirib.

N.Əliyevin sözlərinə görə, Azərbaycanın nüvə enerjisindən istifadə ilə bağlı təcrübəsi yoxdur. Bu təcrübəni qazanmaq xeyli vaxt tələb edir: «Bu gün neft və qaz olduğundan, nüvə stansiyası bizə lazım deyil. Birincisi, nüvə stansiyalarında tam təhlükəsizlik təmin olunmayıb. İkinci bir tərəfdən, Azərbaycanın təcrübəsi yoxdur. Stansiya tikintisi üçün texnologiyaların gətirilməsi, xidmətin təşkili ilə bağlı başqa ölkələrə müraciət olunmalıdır. Bu həm əlavə xərclər, həm də müəyyən dövr üçün hər hansı ölkədən asılı olmaq deməkdir».

N.Əliyev onu da qeyd edib ki, yaxın perspektiv üçün dünyada neftin və qazın qiymətinin düşməsi gözlənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR