Bank Of Baku

Azərbaycanın elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsal 7% azalıb

Azərbaycanın elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsal 7% azalıb
# 23 sentyabr 2009 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda sənayenin elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsalın həcmi 7,1% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda 12 201,5 mln. kVt/saat elektrik enerjisi istehsal olunub, onun 11%-i su elektrik stansiyaları, 89%-i isə istilik elektrik stansiyalarının payına düşüb.

Cari ilin sentyabr ayının 1-i vəziyyətinə əsas istehlakçılarda 15,1 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7% çox avtomobil benzini, 5,2 min ton və ya 67,7% çox daş kömür, 1,9 min ton və ya 5% az sürtgü yağları, 4,2 min ton və ya 19,2% az neft bitumu, 8,4 min ton və ya 33,8% az aviasiya üçün və sair ağ neft, 14,7 min ton və ya 14,5% az dizel yanacağı, 340,8 min ton və ya 5,5% az mazut yanacağı ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR