Bank Of Baku

Azərbaycanda maşın və avadanlıqların istehsalı 20% azalıb

Azərbaycanda maşın və avadanlıqların istehsalı 20% azalıb
# 23 sentyabr 2009 13:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların istehsalı müəssisələrində istehsalın səviyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,5% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalı 19,6% azalıb, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı isə 12,3% artıb.

Cari ilin sentyabr ayının 1-i vəziyyətinə müəssisələrin anbarlarında 41,5 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 22,5%-i qədər hazır məhsul ehtiyatı olub.

Qeyd edək ki, 2009-cu ilin yanvar-iyul aylarında maşınqayırma sahəsində ümumilikdə 17 984 nəfər işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR