Bank Of Baku

Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının həmsədri dəyişdirilib

Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının həmsədri dəyişdirilib
# 24 sentyabr 2009 07:27 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilib.

Azərbaycan prezidentinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, dövlət başçısının imzaladığı sərəncama əsasən, sənaye və energetika naziri Natiq Əliyev hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri postunda baş nazirin birinci müavini Yaqub Eyyubovu əvəz edib. Y.Eyyubov ilə sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov isə komissiyanın üzvlüyündən çıxarılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR