Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Rumıniya iqtisadiyyatına sərmayə yatırmaq niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkəti Rumıniya iqtisadiyyatına sərmayə yatırmaq niyyətindədir
# 24 sentyabr 2009 09:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARNDŞ) nümayəndə heyəti Konstansada (Rumıniya) Rumıniya İqtisadiyyat Nazirliyi və yerli enerji şirkətlərinin rəsmiləri ilə görüşüb.

«APA-Economics»in məlumatına görə, görüşdə «Nabucco» kəmərinə qazın verilməsi şərtləri, nəqletmə layihələri və Rumıniyanın «Romgaz» dövlət qaz şirkəti ilə birgə Azərbaycanda və Rumıniyada qaz saxlama anbarlının tikintisi və s. aktual məsələlər müzakirə olunub.

Bundan başqa, Azərbaycan tərəfi öz xam neftini Rumıniya və Avropada satışı məqsədi ilə Konstansa Neft Terminalında saxlamaqda maraqlı olduğunu açıqlayıb.

Eyni zamanda, şirkətin İtaliyanın Konstansa-Triest neft kəməri layihəsi çərçivəsində Rumıniyada həm neft təchizatçısı, həm də investor qismində çıxış etməyə maraq göstərdiyi vurğulanıb.

ARDNŞ neft-kimya sahəsində Rumıniyanın bir neçə şirkəti ilə birgə müəssisənin yaradılmasına da maraq göstərir. Həmçinin, şirkət neft kəşfiyyatı işləri aparılan sahələrdə ekoloji layihələrin icrasında «Conpet Ploiesti» ilə əməkdaçlıq etmək fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR