Bank Of Baku

AİB-in energetika missiyası Azərbaycana gəlib

AİB-in energetika missiyası Azərbaycana gəlib
# 24 sentyabr 2009 12:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) energetika missiyası Azərbaycana gəlib.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, missiyaya Bankın energetika sahəsi üzrə aparıcı məsləhətçisi xanım Kleo Kavavaki başçılıq edir. AİB-in nümayəndə heyətinə həmçinin Bankın maliyyə, təminat və sindikat və digər məsləhətçiləri də daxildir. Səfər çərçivəsində AİB-in nümayəndələri «Azərenerji» ASC-də görüşlər keçirəcək, ölkədə həyata keçirilən enerji layihələri üzrə danışıqlar aparacaq. Missiyanın səfəri oktyabrın 2-dək davam edəcək.

Qeyd edək ki, hazırda AİB Azərbaycanda həyata keçirilən «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması layihəsi»ni maliyyələşdirir. Layihənin ümumi dəyəri 240 mln. ABŞ dolları təşkil edir, vəsaitin 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayırıb. AİB-in krediti iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə, «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR