Bank Of Baku

Bakıda Neft-Kimya üzrə VII Bakı Beynəlxalq Məmmədəliyev konfransı keçiriləcək

Bakıda Neft-Kimya üzrə VII Bakı Beynəlxalq Məmmədəliyev konfransı keçiriləcək
# 24 sentyabr 2009 17:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sentyabrın 29-dan oktyabrın 2-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 80 illik yubileyinə həsr olunmuş Neft-Kimya üzrə VII Bakı Beynəlxalq Məmmədəliyev konfransı keçiriləcək.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransın təşkilatçıları Koreyanın Azərbaycandakı səfirliyi, AMEA, ARDNŞ, BP-Azərbaycan şirkətidir. Tədbirdə Rusiya, Belarus, Ukrayna, Gürcüstan və İranın tanınmış alimləri iştirak edəcək.

“Neft-Kimya XXI əsr” devizi altında keçiriləcək tədbirin məqsədi neft-kimya və neft emalı sahəsində tədqiqatların perspektiv istiqamətlərinin təyini, bu sahədə beynəlxalq əlaqələrin təşkili, elmi və elmi-texniki nailiyyətlərin müzakirəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR