Bank Of Baku

Transxəzər Neft Nəqletmə Sisteminə dair saziş oktyabrda imzalanacaq

Transxəzər Neft Nəqletmə Sisteminə dair saziş oktyabrda imzalanacaq
# 25 sentyabr 2009 09:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti ilə Qazaxıstanın «Kazmunayqaz» şirkəti birlikdə Transxəzər Neft Nəqletmə Sisteminin tikintisi ilə məşğul olacaq müştərək müəssisə yaradacaq. «APA-Economics»in AFP-yə istinadən verdiyi məlumata görə, həmin sistem vasitəsi ilə neft Qazaxıstandan Azərbaycana və sonra Türkiyə istiqamətində nəql olunacaq.

Birgə layihənin ilkin şərtlərinə əsasən, neft tankerlərlə Azərbaycana gətiriləcək və Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsi ilə Türkiyəyə çatdırılacaq. İlkin məlumatlara görə, sistem artıq 2012-ci ildə işə salınacaq.

Qazaxıstanın Gazeta.Kz portalının məlumatına görə, müştərək müəssisənin yaradılmasına dair ikitərəfli saziş cari ilin oktyabr ayının əvvəlində prezident Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanacaq. «Kazinform» agentliyi xəbər verdiyi kimi, Transxəzər Sisteminin illik gücü ilkin mərhələdə 27 mln. tona yaxın olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR