Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bu il «Pirallahı» yatağında 8 yeni quyu istismara verəcək

Azərbaycan Dövlət Neft Şirkəti bu il «Pirallahı» yatağında 8 yeni quyu istismara verəcək
# 28 sentyabr 2009 11:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu il «Pirallahı» yatağında 8 yeni quyunu istismara verməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Artıq yatağın istismarını həyata keçirən «Abşeronneft» NQÇİ tərəfindən burada 2050 metr dərinliyində 1020 nömrəli kəşfiyyat quyusunun qazılmasına başlanıb.

Son iki il ərzində «Pirallahı»da 25 quyu qazılaraq istismara verilib. Hazırda həmin quyular ümumilikdə sutkada 90 ton neft verir.

Qeyd edək ki, «Pirallahı» yatağının işlənməsinə 1902-ci ildən başlanıb. Ötən müddətdə bu yataqdan ümumilikdə 27 mln. ton neft çıxarılıb. Hesablamalara görə yataqda hələ 2 mln. ton çıxarıla bilən neft ehtiyatı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR