Bank Of Baku

ARDNŞ-nin qaz ehtiyatı 1 mlrd. 700 milyon kubmetrə çatıb

ARDNŞ-nin qaz ehtiyatı 1 mlrd. 700 milyon kubmetrə çatıb
# 28 sentyabr 2009 15:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin balansındakı iki yeraltı anbarda bu gün artıq 1 mlrd. 700 milyon kubmetr qaz ehtiyatı yığılıb.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, ərazisi nisbətən böyük olan Kalmaz anbarında 1 mlrd. 23 milyon kubmetr qaz tədarük edilib. İntensiv olaraq modernləşdirilən və genişləndirmə işləri aparılan Qaradağ anbarında isə 677,5 milyon kubmetr qaz həcmi toplanıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 191,7 milyon kubmetr artıqdır.

Hazırda payız-qış mövsümü üçün ARDNŞ-nin qaz anbarlarına gündəlik 6-6,2 mln. kubmetr həcmində qaz vurulması davam edir. Bu proses mövcud qrafikə uyğun olaraq aprelin 1-dən başlanıb, oktyabrın axırında isə başa çatacaq. ARDNŞ-nin məqsədi qazvurma mövsümünün sonuna qədər anbarlarda toplanmış ehtiyatı 1,8 mlrd. kubmetrə çatdırmaqdır.

Qeyd edək ki, ötən ilin qış mövsümünə hazırlıq zamanı qaz anbarlarında 1,4 mlrd. kubmetr “mavi yanacaq” tədarük edilib. Bu il həmin həcm hələ avqustun 12-də tədarük edilib, sonrakı 45 gün ərzində isə daha 300 mln. kubmetr artırılıb. Mövsümün sonunadək anbarlara daha 100 mln. kubmetr qazın vurulması proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR