Bank Of Baku

Robert Katler: Cənubi Qafqaz enerji infrastrukturunun mühafizəsi üçün NATO-nun regiona gəlməsinə ehtiyac yoxdur

Robert Katler: Cənubi Qafqaz enerji infrastrukturunun mühafizəsi üçün NATO-nun regiona gəlməsinə ehtiyac yoxdur
# 29 sentyabr 2009 15:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan enerji layihələrinin həyata keçirilməsində Qazaxıstandan daha çox nailiyyət əldə edib. «APA-Economics»in məlumatına görə, bunu ABŞ-dan olan enerji məsələləri üzrə ekspert Robert Katler bildirib.

«Nabucco» qaz kəməri layihəsindən danışan R.Katler qeyd edib ki, ABŞ bu layihəni dəstəkləyir. Onun sözlərinə görə, sözügedən layihə Şimal axını və Cənub axını kimi layihələrdən daha realdır: «İranın bu layihədə iştirak edib-etməməsi bu ölkənin daxilində olan siyasi məsələlərlə bağlıdır. Qonşu dövlətlərlə İran arasında enerji məsələlərinə dair mübahisələr mövcuddur ki, bu da öz növbəsində İranın regional enerji layihələrində iştirakına mane olur».

Cənubi Qafqaz enerji infrastrukturunun mühafizəsində NATO-nun iştirakı məsələsində toxunan R.Katler qeyd edib ki, kəmərlərin mühafizəsi üçün NATO-nun regiona gəlməsinə ehtiyac yoxdur: «NATO-nun üzvü olan Türkiyə regionda yerləşir və bu infrastrukturun qorunması üçün digər dövlətlərlə, o cümlədən Gürcüstanla birgə işlər həyata keçirir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR