Bank Of Baku

Azərbaycan paytaxtında payız-qış mövsümünə hazırlıq məqsədi ilə 11,7 km yeraltı və yerüstü qaz kəmərləri quraşdırılıb

Azərbaycan paytaxtında payız-qış mövsümünə hazırlıq məqsədi ilə 11,7 km yeraltı və yerüstü qaz kəmərləri quraşdırılıb
# 30 sentyabr 2009 08:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi (İB) Bakı şəhər Qaz İstismar İdarəsi tərəfindən 2009-2010-cu il payız-qış mövsümünə hazırlıqla əlaqədar ümumi uzunluğu 11 708 metr təşkil edən müxtəlif diametrli yeraltı və yerüstü qaz kəmərləri quraşdırılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Tədbirlər çərçivəsində Binəqədi rayonunun «Vulkan» dağı ərazisində fərdi yaşayış evlərinin qazlaşdırılması üçün 925 metr uzunluğunda 159 mm-lik, 500 metr uzunluğunda 108 mm-lik, 703 metr uzunluğunda 200 mm-lik, Binəqədi qəsəbəsi III Mədən ərazisinə 500 metr uzunluğunda 108 mm-lik, Suraxanı rayonundakı Ramana Qaz Paylayıcı Stansiyasından Suraxanı qəsəbəsinə 426 mm-lik, Sabunçu rayonunun Nardaran qəsəbəsində 550 metr uzunluğunda 159 mm-lik, Sabunçu qəsəbəsində 1200 metr uzunluğunda 108 mm-lik, 100 metr uzunluğunda 76 mm-lik, eləcə də Maştağa qəsəbəsində 540 metr uzunluğunda 159 mm-lik, 486 metr uzunluğunda 40 mm-lik, 730 metr uzunluğunda 76 mm-lik qaz kəmərləri çəkilib. Bundan əlavə, Əzizbəyov rayonunun Türkan qəsəbəsində 624 metr uzunluğunda 325 mm-lik, 1800 metr uzunluğunda 280 mm-lik, 900 metr uzunluğunda 225 mm-lik, 700 metr uzunluğunda 159 mm-lik, 850 metr uzunluğunda 219 mm-lik, Zirə qəsəbəsində isə 600 metr uzunluğunda 108 mm-lik qaz kəmərləri quraşdırılıb. Həmçinin, 3200 ədəd məişət qaz sayğacı həyətlərdən və mənzillərdən küçəyə çıxarılıb. Qaz təsərrüfatının təhlükəsiz istismar edilməsi məqsədilə respublika ərazisində qüvvədə olan qaydalara və «Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlıqlarına texniki baxış və xidmətlərin aparılması üzrə Təlimat»a əsasən, rayon Qaz İstismar Sahələrinə təsdiq edilmiş qrafiklə abonentlərin mənzillərində və ictimai binalarda texniki nəzarət baxışı işlərinin həyata keçirilməsinin gücləndirilməsi də tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR