Bank Of Baku

Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi 6% artıb

Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi 6% artıb
# 30 sentyabr 2009 09:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 6,3% çox olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən 27,8 mln. ton və ya 8% çox neft, 6,866 mlrd. kubmetr və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 23% çox əmtəəlik təbii qaz hasil edilib.

Qeyd edək ki, 2009-cu ilin yanvar-iyul aylarında sənaye işçilərinin 22,8%-i mədənçıxarma sənayesində çalışıb. Bu sahədə işləyənlərin orta aylıq əmək haqqı 1 020,2 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR