Bank Of Baku

Azərbaycanın neft emalı müəssisələrində istehsalın həcmi 10% azalıb

Azərbaycanın neft emalı müəssisələrində istehsalın həcmi 10% azalıb
# 30 sentyabr 2009 09:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın neft emalı müəssisələrində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 9,5% az olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin sentyabrın 1-i vəziyyətinə neft emalı müəssisələrinin anbarlarında 34,5 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 18,7%-i qədər hazır məhsul olub.

Qeyd edək ki, 2009-cu ilin yanvar-iyul aylarında neft emalı müəssisələrində 5 747 nəfər çalışıb və onların orta aylıq əmək haqqı 25,4% artaraq 517,9 manat olmaqla emal sənayesi sahələri arasında ən yüksək göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR