Bank Of Baku

Bakıda bərpa olunan enerji məsələlərinə həsr olunmuş konfrans keçiriləcək

Bakıda bərpa olunan enerji məsələlərinə həsr olunmuş konfrans keçiriləcək
# 30 sentyabr 2009 12:31 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu il oktyabrın 12-13-də Bakıda “Bərpa olunan enerji: qabaqcıl beynəlxalq təcrübə və Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək.
APA-nın xəbərinə görə, konfransda Azərbaycanda bərpa olunan enerji mənbələri sektorunun mövcud vəziyyəti hərtərəfli müzakirə olunacaq. Bundan başqa, tədbir sözügedən sektorun inkişafı məqsədilə tələb olunan hüquqi və normativ bazanın formalaşması üçün qabaqcıl beynəlxalq təcrübə ilə tanışlıq imkanı yaradacaq.
Konfrans ATƏT-in Bakı ofisi və Sənaye və Energetika Nazirliyi tərəfindən təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR