Bank Of Baku

Qaz, işıq və su pulunu ödəməyən şəxslərə görə digər istifadəçilərin cəzalandırılması qanunla qadağan edilib

Qaz, işıq və su pulunu ödəməyən şəxslərə görə digər istifadəçilərin cəzalandırılması qanunla qadağan edilib
# 30 sentyabr 2009 16:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin bugünkü iclasında “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” qanunlara əlavə və dəyişiklik müzakirə olunarkən məlumat verilib. Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov sözügedən sənədi təqdim edərkən deyib ki, bundan sonra enerji və sudan istifadənin fərdi qaydada həyata keçirilməsi nəzərə alınacaq. Onun sözlərinə görə, bir nəfərin borcuna görə başqa şəxslər cavabdehlik daşımayacaqlar. V. Ələsgərov, həmçinin deyib ki, sözügedən qanunlara təklif olunan dəyişikliyə əsasən, enerji və su təchizatı avadanlıqlarının quraşdırılmasını həmin müəssisələr tərəfindən həyata keçiriləcək.

Müzakirələrdən sonra hər üç sənədə təklif olunan əlavə və dəyişiklik qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR