Bank Of Baku

Azərbaycan və Qazaxıstan Transxəzər neft layihəsinin növbəti mərhələsinə keçir

Azərbaycan və Qazaxıstan Transxəzər neft layihəsinin növbəti mərhələsinə keçir
# 01 oktyabr 2009 10:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Qazaxıstanın «KazMunayQaz» şirkəti Transxəzər neft layihəsinin növbəti mərhələsinə keçir.

«APA-Economics»in məlumatına görə, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov qeyd edib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana gözlənilən rəsmi səfəri çərçivəsində ARDNŞ ilə «KazMunayQaz» arasında Transxəzər neft layihəsi üzrə növbəti saziş imzalanacaq: «Belə ki, sazişdə Transxəzər neft nəqletmə sisteminin tikintisi ilə məşğul olacaq müştərək müəssisənin yaradılması, layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması, ARDNŞ və «KazMunayQaz» şirkətlərinin qarşılıqlı şəkildə infrastrukturdan faydalanmasının inkişafının davam etdirilməsi, Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə nəql edilməsinin genişləndirilməsi və bir sıra digər məsələlər əksini tapıb».

Qeyd edək ki, tərəflər arasında Transxəzər neft layihəsinin icrasına dair saziş 2006-cı ilin iyun ayında imzalanıb, 2008-ci ilin noyabr ayında isə ARDNŞ ilə «KazMunayQaz» arasında layihənin icrasının əsas prinsiplərinə dair növbəti saziş imzalanıb.

Xatırladaq ki, 2009-cu ilin yanvar-avqust ayları ərzində Bakı-Tiflis-Ceyhan neft boru kəməri vasitəsi ilə 1,2 mln. ton Qazaxıstan nefti nəql olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR