Bank Of Baku

Azərbaycan İrana qazın nəqlinə başlayıb

Azərbaycan İrana qazın nəqlinə başlayıb
# 01 oktyabr 2009 10:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyində (İB) 2009-2010-cu il payız-qış mövsümünə hazırlıqla əlaqədar mətbuat konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, «Azəriqaz» İB-in baş direktorunun müavini Nazim Səmədzadə bildirib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində yeraltı qaz anbarlarına 1,720 mlrd. kubmetr təbii qaz vurulub. Cari ilin qazvurma mövsümünün sonuna kimi yeraltı anbarlara 1,8 mlrd. kubmetr qaz vurulması planlaşdırılır ki, bu da ötən ilin göstəricisindən 400 mln. kubmetr çoxdur. Bu il yeraltı qaz anbarlarından verilən gündəlik qaz həcminin ötən ilki 8-9 mln. kubmetrdən 15 mln. kubmetrə çatdırmaq nəzərdə tutulur.

«Azəriqaz» İB-in baş direktoru Əkbər Hacıyev isə qeyd edib ki, bu gündən «Azəriqaz» sistemi vasitəsi ilə İrana qazın nəqlinə başlanıb. Gələn il yanvarın 1-dən isə Rusiyaya qazın nəqli həyata keçiriləcək.

Ə.Hacıyev son aylar əhali tərəfindən istehlak olunan təbii qazın dəyərinin ödənişində artımın müşahidə olunduğunu da vurğulayıb. «Azəriqaz» rəhbəri bildirib ki, avqust ayında ölkə üzrə ümumi ödəniş səviyyəsi 68,64%, Bakı şəhəri üzrə 62,48% təşkil edib. Yığım səviyyəsini artırmaq üçün «Azəriqaz» Bakı şəhəri və bölgələrdə smart-kartlı sayğacların tətbiqinə başlayacaq.

Ə.Hacıyev onu da qeyd edib ki, bölgələrin qazlaşdırılması sahəsində tədbirlər hazırlanır. Əhaliyə qaz xətlərinin çəkilişi məqsədi ilə rayon qaz istismar idarələrinə xüsusi ərizə blanklar paylanıb. Hansı ki, bu blankların arxa tərəfindən qazın çəkilişi ilə bağlı xərclər göstərilib. Əhali qaz çəkilişinin müqabilində bu məbləğdə vəsait ödəməlidir.

Ə.Hacıyev həmçinin bildirib ki, yaxın vaxtlarda «Azəriqaz»da 185 nömrəli «Qaynar Xətt» fəaliyyətə başlayacaq. Vətəndaşlar öz şikayət və təkliflərini bu telefona zəng etməklə çatdıra bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR