Bank Of Baku

Yazda Azərbaycan paytaxtının qaz təchizatı sisteminin yenidən qurulmasına başlanacaq

Yazda Azərbaycan paytaxtının qaz təchizatı sisteminin yenidən qurulmasına başlanacaq
# 01 oktyabr 2009 11:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn ilin əvvəlindən başlayaraq, yaxın iki il ərzində Bakı şəhərinin qaz təchizatı sistemi yenidən qurulacaq. «APA-Economics»in məlumatına görə, bunu «Azəriqaz» İB-nin baş direktoru Əkbər Hacıyev bildirib.

Ə.Hacıyevin sözlərinə görə, hazırda bununla bağlı ayrıca proqram hazırlanır və işlərə 2010-cu ilin yaz aylarından başlanacaq.

«Bu gün əhalinin təbii qazla təminatında qaz çatışmazlığı problemi yoxdur. Problem boruların köhnəlməsi ilə əlaqədardır. Qəza halları yaranmasın deyə, təzyiq aşağı salınır», - deyə Ə.Hacıyev qeyd edib.

«Azəriqaz» borclu abonentlərin istehlak etdikləri qazın dəyərini ödəmələri üçün əvvəllər tətbiq etdiyi təsir metodlarından da imtina edəcək. Ə.Hacıyevin sözlərinə görə, bundan sonra əvvəllər olduğu kimi 1-2 borclu abonentə görə bütün binanın qaz təchizatı dayandırılmayacaq və ya rayonlara verilən qazın həcmi azaldılmayacaq. Qaz pulunun yığım səviyyəsindən asılı olmayaraq, rayonlara 100% qaz veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR