Bank Of Baku

Azərbaycan Qazaxıstana neftin üç nəqletmə variantını təklif edir

Azərbaycan Qazaxıstana neftin üç nəqletmə variantını təklif edir
# 01 oktyabr 2009 11:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə Qara dəniz sahillərinə çatdırılmasında üç variantdan istifadə oluna bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan tərəfi öz neftini və neft məhsullarını Azərbaycan ərazisi ilə Qara dəniz limanlarına çıxarılmasında maraqlıdır: «Bunun bir neçə yolu var ki, həm tankerlərdən, həm dəmir yolundan, həm də boru kəmərlərindən istifadə etmək olar».

Nazir bildirib ki, Bakı-Supsa yeganə neft kəməridir ki, Qazaxıstan neftini Qara dəniz limanına çatdıra bilər. Öz növbəsində, Qazaxıstan tərəfi neftin həm Bakı-Supsa, həm də Azərbaycan dəmir yolu ilə Batumi terminalına çatdırılmasında maraqlıdır: «Batumi terminalında Qazaxıstanın yatırımı var ki, məhz buna görə Qazaxıstan bu variantda maraqlıdır. Azərbaycan tərəfi isə Qazaxıstana Kulevi terminalından da istifadə etməyi təklif edir. Belə ki, iri həcmli neft partiyasını bir vasitə ilə Qara dəniz limanına çatdırmaq mümkün olmayacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR