Bank Of Baku

Azərbaycanın «SOCAR Gaz Supplay» şirkəti bu il Gürcüstana 495 mln. kubmetr qaz tədarük edib

Azərbaycanın «SOCAR Gaz Supplay» şirkəti bu il Gürcüstana 495 mln. kubmetr qaz tədarük edib
# 01 oktyabr 2009 12:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı «SOCAR Gaz Supplay Company» müəssisəsi bu il ərzində Gürcüstana 494,5 mln. kubmetr «sosial» qaz tədarük edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, həmin həcmin 37%-i (183,8 mln. kubmetr) ARDNŞ-in Azərbaycan-Gürcüstan sərhədində yerləşən Qazax qazölçmə stansiyasından ötürülmüş idxal qazı, 12%-i (61,3 mln. kubmetr) Rusiya ilə Gürcüstan arasında bağlanmış 2107 nömrəli sazişə əsasən, tranzit hesabına Gürcüstana verilən qazdır.

Tədarük olunan qazın 42%-ni (206,7 mln. kubmetr) Gürcüstan hökuməti ilə «Azərbaycan Gaz Supplay Company» (AGSC) arasında bağlanan müqaviləyə əsasən, bu ölkəyə ixrac olunan «Şahdəniz» qazı təşkil edir. Qazın 9%-i isə (42,7 mln. kubmetr), «Şahdəniz» yatağından hasil edilən və Bakı-Tiflis-Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunan qazın nəqli üçün Gürcüstan hökumətinə verilməli olan tranzit haqqının əvəzi olaraq tədarük edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR