Bank Of Baku

Hollandiyanın “Fondel” və “Azpetrol” şirkətlərinin Beynəlxalq Arbitrajdakı iddialarına xitam verilib

Hollandiyanın “Fondel” və “Azpetrol” şirkətlərinin Beynəlxalq Arbitrajdakı iddialarına xitam verilib
# 01 oktyabr 2009 14:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Hollandiyanın “Fondel” və “Azpetrol” şirkətlərinin Beynəlxalq Arbitrajdakı iddialarına son qoyulub. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Nazirliyin yaydığı məlumatda bildirilib ki, 2006-cı ilin iyul ayında Hollandiyanın “Azpetrol İnternational Holdings B.V.”, “Azpetrol Oil Services Group B.V.” və “Azpetrol Group B.V.” şirkətləri, həmin ilin noyabr ayında isə “Fondel Metal Participations B.V.” şirkəti Azərbaycana qarşı Enerji Xartiyası Sazişi və “Azərbaycan Alüminiumu” SC-ni idarə etmək hüququna dair müqavilə üzrə öhdəliklərinin pozulması, “xarici” sərmayəçilərə məxsus olan əmlakın ekspropriasiyası və bir sıra digər tələblərlə bağlı İnvestisiya Mübahisələrinin Həllinə dair Beynəlxalq Mərkəzdə (İCSİD) ümumi məbləği 740 mln. ABŞ dolları həcmində qiymətləndirilən iddia qaldırıb. Azərbaycan tərəfinin qurduğu müdafiə mövqeyi nəticəsində arbitraj proseslərinin getdiyi 3 il müddətində qarşı tərəf öz tələblərini əsaslandıran mötəbər sübutları ortaya çıxara bilməyib.

İddialarının hüquqi əsası olmadan verildiyini və prosesin istiqamətinin dəyişməsi ilə əlaqədar olaraq “Fondel” şirkətinin vəkilləri mübahisəni barışıq yolu ilə həll etmək təklifi ilə çıxış edib. Nəticədə 2009-cu ilin yanvarın 12-də hər hansı bir təzminat ödənilmədən həmin şirkətlə Azərbaycan arasında barışıq sazişi imzalanıb.

Cari ilin sentyabr ayının 8-də “Azpetrol” şirkətlərinin işi üzrə elan olunmuş qərara əsasən, Beynəlxalq Arbitraj yekdilliklə tərəflər arasında hüquqi mübahisənin olmadığı qənaətinə gəlib və prosesə xitam verilməsini qət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR