Bank Of Baku

Reynhard Mitçek: “2015-2016-cı illərdə “Nabucco” layihəsi üçün Azərbaycandan 8 mlrd. kubmetr qaz alınacaq”

Reynhard Mitçek: “2015-2016-cı illərdə “Nabucco” layihəsi üçün Azərbaycandan 8 mlrd. kubmetr qaz alınacaq”
# 01 oktyabr 2009 15:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Nabucco” konsorsiumu hesab edir ki, 2015-2016-cı illərdə “Nabucco” layihəsi üçün Azərbaycandan 8 mlrd. kubmetr qaz alınacaq. APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Vyanada “Nabucco”nun icraçı direktoru Reynhard Mitçek açıqlama verib.
O qeyd edib ki, “Nabucco” kəməri ilə qazın nəqli qrafikə uyğun olaraq 2014-cü ilin dördüncü kvartalında baş tutacaq: “Biz düşünürük ki, 2014-cü ildə İraqdan ilk qazı alacağıq”.
T.Mitçek əlavə edib ki, “Nabucco” 2015-ci ildə İraqın Kürdüstan muxtar vilayətindən 8 mlrd. kubmetr qaz nəql etmək fikrindədir: “2015-2016-cı illərdə Azərbaycandan daha 8 mlrd. kubmetr qaz alacağıq. Gələcəkdə planlaşdırılır ki, “Nabucco”nun qaz təchizatçılarından biri də Türkmənistan olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR