Bank Of Baku

Dövlət Neft Fondu ilə ABŞ Ticarət və İnkişaf Agentliyi arasında qrant sazişi imzalanıb

Dövlət Neft Fondu ilə ABŞ Ticarət və İnkişaf Agentliyi arasında qrant sazişi imzalanıb
# 01 oktyabr 2009 15:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə ABŞ Ticarət və İnkişaf Agentliyi (TİA) arasında ARDNF-ə 250 min ABŞ dolları məbləğində texniki yardım ayrılması barədə qrant sazişi imzalanıb.

ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, qrant Dövlət Neft Fondunun İnstitutsional İnkişafı Layihəsi üzrə 3-cü fazanın texniki yardımı üçün mallar və xidmətlərin dəyərinin maliyyələşdirilməsinə dair ayrılıb. Saziş ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov və TİA-nın Avropa və Avrasiya ölkələri üzrə direktoru Skot Qrinit tərəfindən imzalanıb.

Qeyd edək ki, layihənin «Overture Financial Services» şirkəti tərəfindən həyata keçiriləcək üçüncü mərhələsində risklərin idarə edilməsi və ölçülməsi, treninqlərin təşkilini həyata keçirən şirkətin/sistemin seçilməsi üçün Neft Fonduna məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR