Bank Of Baku

Kulevi Qara Dəniz Terminalı ilk iri tutumlu tankeri qəbul edib

Kulevi Qara Dəniz Terminalı ilk iri tutumlu tankeri qəbul edib
# 02 oktyabr 2009 07:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı Kulevi Qara Dəniz Terminalı «Afromaks» sinfinə aid ilk tankeri qəbul edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

İkigünlük küləkli havadan sonra 106 min tonluq «Aegean Freedom» tankeri sentyabrın 30-da terminala daxil olub.

Yunanıstanın «Arcadia Ship Management Co. Ltd.» şirkətinə məxsus tankerin uzunluğu 244 metr, eni 42 metrdir. Bu vaxtadək terminal yalnız «Panamaks» sinfinə aid, çəkisi 40 tondan artıq olmayan tankerləri qəbul edə bilib.

Qeyd edək ki, terminala iri tutumlu tankerlərin daxil olması üçün burada təxminən 16-18 metr dərinlikdə işlər aparılıb və terminalın balansında olan kanalların dibi təmizlənib və onların dərinləşdirilməsi həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR