Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları» və «Zeyvə» yataqlarında iki yeni neft quyusu qazır

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları» və «Zeyvə» yataqlarında iki yeni neft quyusu qazır
# 02 oktyabr 2009 07:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Kompleks Qazma İşləri Trestinin «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi «Neft Daşları» yatağındakı 747 nömrəli quyuda qazma işləri aparır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Yataqdakı 190 nömrəli meydançadan Qirməkialtı Lay Dəstəsinə qazılan həmin quyunun layihə dərinliyi 830 metrdir. Geoloqların hesablamalarına görə, sutkada 7-10 ton neft hasil ediləcək quyunun oktyabr ayında «Abşeronneft» NQÇİ-yə təhvil veriləcəyi gözlənilir.

Bundan əlavə, «Abşeron» Qazma İşləri İdarəsi «Zeyvə» yatağında 1753 nömrəli quyuda qazma işlərini həyata keçirir. Quyunun layihə dərinliyi 2 min metrdir. Qovundağ Lay Dəstəsinə qazılan quyunun dekabr ayında «Siyəzənneft» NQÇİ-yə təhvil verilməsi proqnozlaşdırılır. Ehtimal olunur ki, quyudan sutkada 10 tona yaxın neft hasil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR