Bank Of Baku

«Neft Daşları»nda sıxıcı kompressor stansiyasının yenidənqurma işləri başa çatdırılır

«Neft Daşları»nda sıxıcı kompressor stansiyasının yenidənqurma işləri başa çatdırılır
# 02 oktyabr 2009 10:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Qaz proqramı»na əsasən, 2009-cu ildə idarə və müəssisələrdə bir sıra mühüm tədbirlər həyata keçiriləcək.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu tədbirlərdən biri də «Neft Daşları»ndakı Sıxıcı Kompressor Stansiyasının (SKS-2) daha 4 qaz-turbin aqreqatı hesabına genişləndirilərək, turbinlərin ümumi sayını 16-ya çatdırmaqla, qaz sıxımının məhsuldarlığının sutkada 11-12 mln. kubmetrə qaldırılmasıdır. Bu ilin buraxılış obyektlərindən olan SKS-2-də aparılmış işlərin sifarişçisi ölkənin əsas qaz tədarükçüsü «28 May» NQÇİ, tikinti üzrə baş podratçısı isə «Neftqaztikinti» trestidir. Stansiyada işlər artıq başa çatdırılıb və son tamamlama işləri görülür. Bu günlərdə «Azneft» İstehsalat Birliyi tərəfindən yaradılmış geniş tərkibli işçi komissiyası tərəfindən istifadəyə veriləcək kompressor stansiyasında qurğuların işə hazırlıq səviyyəsinə baxış keçirilib.

Qeyd edək ki, SKS-2-də daha 3 qaz-turbin aqreqatı tikilib. Hazırda burada ümumi istehsal gücü sutkada 11-12 mln. kubmetr olan 16 aqreqat quraşdırılıb ki, bu da artan qaz axınının daha böyük məhsuldarlıqla sıxılması və sahilə itkisiz ötürülməsi üçün şərait yaradır. Eyni zamanda, stansiyada vaxtaşırı təmir işlərinin və bütövlükdə kompressor parkına texniki xidmət göstərilməsini təmin etmək məqsədi ilə ehtiyat maşın ayrılmasına da imkan verir. Hazırda yeni tikilən qurğularda sazlama işləri aparılır. Noyabrın əvvəllərində bu qurğulardan sahilə qaz nəqlinin reallaşması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR