Bank Of Baku

Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası Şurasının iclası keçirilib

Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası Şurasının iclası keçirilib
# 02 oktyabr 2009 16:58 (UTC +04:00)
Bakı – APA. Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası Şurasının növbəti iclası keçirilib. Koalisiyanın İnformasiya Xidmətindən APA-ya verilən məlumata görə, iclasda MSŞT üzrə Çoxtərəfli Qrupun yaradılması ilə bağlı yekun müzakirələr aparılıb.

Razılaşma Sənədinin ayrı-ayrı bəndləri hökumət Komissiyası ilə razılaşdırılsa da, Çoxtərəfli Qrupun katibliyi ilə bağlı məsələ bu vaxta qədər açıq qalmışdı. İclasda Şura üzvlərinin məsələ ilə bağlı fikirləri və təklifləri dinlənilib. Müzakirələrin nəticəsində Şura Çoxtərəfli Qrupun katibliyinin funksiyalarına dair mövqeyini belə qətiləşdirib: “Çoxtərəfli Qrupun fəaliyyətinin texniki-təşkilat təminatını Çoxtərəfli Qrupun nəzdində fəaliyyət göstərən MSŞT üzrə katiblik təşkil edir. Katibliyin Çoxtərəfli Qrupun adından danışmaq səlahiyyəti yoxdur”.

Qeyd edək ki, MSŞT üzrə katiblik bu vaxta qədər Hökumət Komissiyasının tabeçiliyində fəaliyyət göstərib. Çoxtərəfli Qrupun İşçi Planının hazırlanması və mövcud layihənin müzakirəsi CQ-nin yaradılması ilə bağlı hökumət, şirkətlər və Koalisiya arasında müvafiq sənədin imzalanmasından sonraya saxlanılıb. ÇQ-nin yaradılması ilə bağlı sənədin imzalanma mərasimi oktyabrın 7-nə planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR