Bank Of Baku

«Azərikimya» ilə İtaliyanın «ENI» şirkəti arasında «Qarşılıqlı Anlaşma Memorandumu» və «Məxfilik haqqında Saziş» imzalanıb

«Azərikimya» ilə İtaliyanın «ENI» şirkəti arasında «Qarşılıqlı Anlaşma Memorandumu» və «Məxfilik haqqında Saziş» imzalanıb
# 02 oktyabr 2009 17:58 (UTC +04:00)
Bakı – APA. Parisdə Azərbaycan Respublikasının «Azərikimya» Dövlət Şirkəti ilə İtaliyanın «ENI» (SNAMPROGETTI) şirkəti arasında Azərbaycanın yeni neft-kimya və gübrə istehsalı kompleksinin tikilməsi layihəsi üzrə «Qarşılıqlı Anlaşma Memorandumu» və «Məxfilik haqqında Saziş» imzalanıb. Bu barədə APA-ya «Azərikimya» Dövlət Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Parisdə Azərbaycanda inşa ediləcək gübrə istehsalı kompleksinin tərkibində fəaliyyət göstərəcək dəniz suyunun təmizlənməsi zavodunun layihəsinin prezentasiyası da keçirilib. Dəniz suyunun iki əsas texnologiya əsasında – membran və termodistillə üsulları ilə təmizlənməsi barədə ətraflı məlumat verilib, müvafiq müzakirələr aparılıb və bir sıra digər məlumatlar «Azərikimya» prezidenti Məcid Kərimova təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR