Bank Of Baku

Transxəzər sistemi ilə ilkin mərhələdə ildə sutkada 500 min barel həcmində neft nəql olunacaq

Transxəzər sistemi ilə ilkin mərhələdə ildə sutkada 500 min barel həcmində neft nəql olunacaq
# 03 oktyabr 2009 07:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan və Qazaxıstan arasında imzalanmış sazişə uyğun olaraq «Transxəzər» layihəsinin tərkibinə Xəzər dənizinin Qazaxıstan və Azərbaycan sahillərindəki neft terminalları, tankerlər və gəmilər, həmçinin Bakı-Tiflis-Ceyhan sisteminin qovşaq avadanlıqları daxil olacaq. APA-nın məlumatına görə, bu barədə ARDNŞ və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti» SC-nin yaydığı birgə press-relizdə bildirilib.

Məlumatda qeyd olunur ki, «Tranxəzər» layihəsinin Texniki-İqtisadi Əsaslandırma (TİƏ) sənədinin işlənilməsi üzrə konsorsium formasında aparılacaq qarşılıqlı əməkdaşlıq zamanı tərəflərin hüquq və öhdəlikləri imzalanmış Saziş əsasında tənzimlənəcək. Tərəflər TİƏ-nin nəticələri əsasında qısa müddətdə «Transxəzər» layihəsinin həyata keçirilməsi məqsədi ilə birgə layihə şirkəti yaratmağı planlaşdırırlar.

“Bakı-Qara dəniz” neft kəməri üzrə əməkdaşlıq sahəsində niyyət Memorandumu Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tranziti məqsədilə bərabərhüquqlu əsaslarla Bakı şəhərindən başlayaraq Xəzər dənizi sahillərindən Qara dəniz sahillərinə qədər uzanacaq yeni neft kəmərinin inşası imkanlarının öyrənilməsi üzrə əməkdaşlıq niyyətlərini əks etdirir. Sənəddə həmçinin, Azərbaycanın mövcud neft nəqli infrastrukturlarından optimal istifadə olunması planlaşdırılır.

Qazaxıstanın karbohidrogen yataqlarının işlənməsində ARDNŞ-nin neft-qaz obyektlərinin infrastrukturlarından birgə istifadə haqqında Memorandumda bunun üçün zəruri olan mal, iş və xidmət sifarişlərinin yerləşdirilmə perspektivləri nəzərdə tutulur.

Qeyd edək ki, başlanğıc mərhələdə Transxəzər sistemi ilə sutkada 500 min barel (ildə 23 mln. ton) həcmində neftin nəqli nəzərdə tutulur. Sonrakı mərhələlərdə bu həcmin sutkada 750-1200 min barelə (ildə 35-56 mln. tona) çatdırılması planlaşdırılır.

Xatırladaq ki, ötən gün Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri çərçivəsində ARDNŞ və “KazMunayQaz” arasında ««Transxəzər» layihəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın işlənilməsinə dair birgə fəaliyyət haqqında Saziş», «“Bakı-Qara dəniz” neft kəməri üzrə əməkdaşlıq sahəsində niyyət Memorandumu» və «Qazaxıstanın karbohidrogen yataqlarının işlənilməsində ARDNŞ-nin neft-qaz obyektlərinin infrastrukturlarından birgə istifadə haqqında Memorandum» imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR