Bank Of Baku

İran üç aylıq fasilədən sonra yenidən Azərbaycandan təbii qazın nəqlinə başlayıb

İran üç aylıq fasilədən sonra yenidən Azərbaycandan təbii qazın nəqlinə başlayıb
# 03 oktyabr 2009 11:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. İran üç aylıq fasilədən sonra Azərbaycandan təbii qazın idxalına başlayıb. APA-nın «Mehr» agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Milli İran Qaz Şirkətinin (NIGC) dispetçer mərkəzinin rəhbəri Həsən Müntəzir Torbati bildirib.

NİGC nümayəndəsinin sözlərinə görə, oktyabrın 1-dən İran Azərbaycandan sutkada 1 mln. kubmetrdən artıq qaz nəql edir.

H. Torbati onu da vurğulayıb ki, qaz nəqlinin dayanması texniki problemlərlə bağlı olub və bu müddətdə İranla Azərbaycan arasındakı mövcud qaz kəmərində təmir işləri həyata keçirilib.

Qeyd edək ki, İran Azərbaycandan idxal etdiyi qazın həcmində daxili sistemi vasitəsi ilə Naxçıvana eyni həcmdə qaz ötürür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR