Bank Of Baku

ABŞ-ın energetika nazirinin müavini Azərbaycanda səfərdədir

ABŞ-ın energetika nazirinin müavini Azərbaycanda səfərdədir
# 05 oktyabr 2009 08:24 (UTC +04:00)
D. Ponman ABŞ-la Azərbaycan arasında əməkdaşlığı genişləndirmək, yüksək səviyyəli hökumət rəsmiləri və özəl sektorun əsas nümayəndələri ilə dövlət və regional enerji məsələlərini müzakirə etmək məqsədilə 4-6 oktyabr 2009-cu il tarixlərdə Azərbaycanda səfərdə olan nümayəndə heyətinə başçılıq edir.
Qeyd edək ki, D. Ponmanın energetika nazirinin müavini vəzifəsinə namizədliyi ABŞ prezidenti Obama tərəfindən 20 aprel 2009-cu il tarixdə irəli sürülüb və ABŞ Senatı tərəfindən 18 may 2009-cu il tarixdə təsdiq olunub. Nazir müavini vəzifəsinə təyin olunmazdan əvvəl cənab Ponman səkkiz il ərzində Scowcroft Qrupu şirkətində direktor vəzifəsində çalışıb. O, korporasiyalara müxtəlif beynəlxalq layihələrlə bağlı strateji xarakterli məsləhətlər verib.
Cənab Ponman 1993-1996-cı illər ərzində ABŞ-ın Milli Təhlükəsizlik Şurasında ABŞ Prezidentinin, Kütləvi Qırğın Silahlarlarının yayılmasının qarşısının alınması və İxracata Nəzarət Şöbəsinin baş direktorunun xüsusi köməkçisi vəzifəsində çalışıb. O, bu vəzifədə sülh xarakterli nüvə texnologiyaları üzrə əməkdaşlıq, raket texnologiyası, kosmosla bağlı fəaliyyət, sanksiyaların müəyyənləşdirilməsi, kimyəvi və bioloji silahlara nəzarət və adi silahlarla bağlı ötürmə strategiyası kimi sahələrdə ABŞ siyasətinin hazırlanması və həyata keçirilməsinə cavabdeh olub. O, həmin illər ərzində Afrika, Asiya, Avropa, Latin Amerikası və keçmiş SSRİ hökumətləri ilə aparılmış danışıqlarda və məsləhətləşmələrdə iştirak edib.
Cənab Ponman Harvard Universitetini fərqlənmə ilə bitirib. O, habelə Oksford Universitetinin politologiya üzrə magistr dərəcəsi alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR