Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru ABŞ Enerji Departamenti katibinin müavini ilə görüşüb

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru ABŞ Enerji Departamenti katibinin müavini ilə görüşüb
# 05 oktyabr 2009 14:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Bakıda səfərdə olan ABŞ Enerji Departamenti katibinin müavini Daniel Ponemanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNF-dan məlumat verilib.

Ş.Mövsümov ARDNF-in fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-in rolu barədə D.Ponemana məlumat verib. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanıb.

D.Poneman Dövlət Neft Fondunun MHŞT-nin tətbiqi sahəsində uğurlarını və Fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirdiyini qeyd edib.

Görüşdə eyni zamanda Azərbaycan və ABŞ arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, Suveren Fondlar, Azərbaycanda neft sektorunun rolu, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR