Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin gəmiləri Rusiyanın «Yuri Korçagin» yatağının mənimsənilməsinə cəlb olunub

Azərbaycan Dövlət Neft Şirkətinin gəmiləri Rusiyanın «Yuri Korçagin» yatağının mənimsənilməsinə cəlb olunub
# 06 oktyabr 2009 07:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının gəmiləri «LUKoil» şirkətinin Xəzərin Rusiya sektorunda, Həştərxandan 200 km aralıda yerləşən «Yuri Korçagin» yatağının mənimsənilməsinə cəlb olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Donanmanın gəmiləri yataqda ilk hasilat platformasının quraşdırılmasını həyata keçirir. Bu günlərdə «LUKoil» şirkətinin sifarişi ilə Bakıda montaj olunmuş və artıq Dəniz Registri və sifarişçi tərəfindən istismara qəbul edilmiş üzən neft anbarının «Yuri Korçagin» yatağına yedəklənməsi işləri başa çatdırılıb. İşlər Xəzər Dəniz Neft Donanmasının «V.Seyidov», «Nefteqaz-58» və «Om» təchizat-yedək gəmiləri vasitəsi ilə həyata keçirilib.

Donanmanın «Z.Vəliyev» mühəndis-geoloji gəmisinin isə Xəzər dənizinin Türkmənistan sektorundakı «Jdanov bankası» yatağına yola düşməsi nəzərdə tutulur. «Draqon Oil» şirkətinin layihəsi üzrə işlənilən struktur sahildən 17-20 km aralıda yerləşir. Gəmidə Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsinin 17 mütəxəssisi və 3 nəfər xarici şirkət nümayəndəsinin mühəndis-geoloji işlər aparmaları nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR