Bank Of Baku

Avstriya “Cənub axını” və “Nabucco” kəmərlərinin tikintisində iştirak etməyə hazır olduğunu bəyan edib

Avstriya “Cənub axını” və “Nabucco” kəmərlərinin tikintisində iştirak etməyə hazır olduğunu bəyan edib
# 06 oktyabr 2009 07:42 (UTC +04:00)
Bakı – APA-Economics. Avstriya “Cənub axını” və “Nabucco” kəmərlərinin tikintisində iştirak etməyə hazırdır. “APA-Economics”in xəbərinə görə, bunu Avstriyanın xarici işlər naziri Mixael Şpindelegger bəyan edib.

Nazirin sözlərinə görə, Avstriya iki rəqabət qabiliyyətli layihədə - Ukraynadan yan keçəcək kəmərlərin tikintisində iştirak etməkdə problem görmür.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.

Rusiyanın “Cənub axını” layihəsinin dəyəri 10 milyard avro, nəqletmə gücü ildə 63 milyard kub metrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR